XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 Avqust 2017 - 21:33

Misirdə antiterror əməliyyatı –İki nəfər məhv edildi

Misirin güc strukturlarının antiterror əməliyyatları çərçivəsində ölkə ərazisində bir sıra terror hücumlarında əli olan iki silahlı məhv edilib.

Misir Daxili İşlər Nazirliyinin açıqladığı bəyanatda deyilir ki, terrorçular güc strukturları nümayəndələrinin Əl-Vadi Əl-Hədid əyalətinin Farafra rayonunda, boş dağlıq ərazidə apardıqları axtarış əməliyyatı zamanı müqavimət göstəriblər. Onlardan biri belinə bağladığı intiharçı kəmərinin partlaması nəticəsində ölüb, digəri cavab atəşi ilə susdurulub.

Əməliyyatın aparıldığı yerdə avtomatik silah, döyüş sursatı və əldəqayırma partladıcı qurğu aşkar edilib.

Sənəddə vurğulanır ki, antiterror və axtarış əməliyyatları davam etdiriləcək/Azertac