SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərin vəziyyəti stabildir.
MNX-nın mətbuat katibi Aytən Fətəliyeva apa.az-a açıqlamasında bildirib ki, hazırda xəstəxanada olan 20 neftçinin müalicəsi davam edir:
“Bu gün neftçilərdən kiminsə ambulator müalicəyə göndərilməsi gözlənilmir. Neftçilərin vəziyyəti normaldır və psixoloq müayinəsindən keçirlər. Heç kimin səhhətində pisləşmə yoxdur”.