"İŞİD yezidlərin, xristianların və müsəlmanların soyqırımına görə məsuliyyət daşıyır".
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
“İŞİD terrorçuları müxtəlif din xadimlərini təqib etməkdə davam edir. Terrorçuların nəzarətində olan şəhər və rayonlarda müsəlmanlar, xristianlar və yezidlər soyqırıma məruz qalır”, – dövlət rəsmisi bildirib/Axar.az.