XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 12:58

Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib- Dövlət İmtahan Mərkəzi

Bu il Azərbaycanda özəl ali məktəblərə qəbul olunan (birinci mərhələ üzrə) abituriyentlərin sayı açıqlanıb. Belə ki, 2017/2018-ci tədris ili üzrə 6 min 245 plan yerinə 3 min 666 abituriyent qəbul olub.

Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildiriblər ki, həmin abituriyentlərdən 3 min 506-sı Azərbaycan, 160-ı isə rus bölmələrinin məzunlarıdır. Özəl ali məktəblərə qəbul olunanlardan 437-si birinci, 1665-i ikinci, 1408-i üçüncü, 108-i dördüncü, 48-i isə beşinci ixtisas qrupunu seçib.

Bu il özəl ali təhsil müəssisələrinə qəbulolma 58,7 faiz təşkil edib. Qəbul imtahanlarının birinci mərhələsinin nəticələrinə əsasən, özəl ali məktəblərdə 2 min 579 vakant yer qalıb.