XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2017 - 13:17

Magistraturaya ixtisaslaşmalar üzrə minimal keçid balları- Açıqlandı

Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, "Magistr" jurnalının 7-ci nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. Jurnalda, həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunur.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M