“Instagram” sosial şəbəkəsinin “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün proqramı yenilənib. Əsas yenilik şərhlərin göstərilməsi ilə bağlıdır.
Azərtac “macdigger.ru” saytına istinadən bildirir ki, yenilənmiş şərhlər daha əlverişlidir: indi kimsə şərhə cavab yazdıqda həmin cavab tam siyahıya deyil, həmin mesaja yönəldilir. Bütün yeni cavablar qruplaşdırılacaq və onlara ayrı formada baxmaq mümkün olacaq. Həmçinin onlar bütün istifadəçilərə əlçatan olacaq.