2016-cı ildə 300 min sərnişin “Türk Hava Yolları” (THY) vasitəsilə Bakıdan İstanbula daşınıb.
Bu barədə Azərtac-a “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.
O bildirib ki, bu sərnişinlərin böyük əksəriyyəti İstanbuldan da başqa şəhərlərə səfər edənlərdir. İstanbula gələn azərbaycanlılar ən çox Avropa istiqamətinə gedirlər. Bundan əlavə, son illərdə THY-nin Afrikada da fəaliyyətinin genişləndirməsinə paralel olaraq azərbaycanlı qonaqların da bu istiqamətə səyahətlərinin şahidiyik.