XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 15:54

Abel Məhərrəmov:"Yeddi min tələbə üçün böyük yataqxana kompleksi inşa olunacaq"

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor Universitet haqda tələbə və valideynlərlə qısa məlumat verib.

Valideynləri maraqlandıran suallara cavab verən A. Məhərrəmov yataqxana məsələsindən də danışıb.
 
Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yararsız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb.

BDU-nun bakalavriatura səviyyəsinə builki qəbul planı  65 ixtisas üzrə 5200 nəfərdir.
 
Qeyd edək ki, 2017-2018-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqust ayının 25-dək davam edəcək.