XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 10:24

AMEA-dan magistraturaya qəbul olmuş bakalavrlara –Müraciət

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  magistraturanın boş qalan plan yerlərinə qəbul olmuş bakalavrlara müraciət edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına boş qalan plan yerlərinə qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surət, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkil (3×4 sm) tələb olunur.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı avqustun 17-dən 25-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.