XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 13:14

Yasamalın keçmiş icra başçısı:"Prezident kimi layiq biləcəksə, onu da icra başçısı təyin edəcək”

Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyev son vaxtlar adının tez-tez mətbuatda hallandırılmasına münasibət bildirib.

O,  “Ölkə.Az”-a açıqlamasında bundan qəti narahat olmadığını söyləyib: “Son vaxtlar mənim adımın tez-tez hallandırılması və yerimə kimin gəlməsi məni qəti narahat etmir. Bütün bunlardan narahat deyiləm. Mənə vəzifə verən də, vəzifədən çıxaran da cənab Prezidentdir. Bundan sonra da cənab Prezident kimi layiq biləcəksə, onu da Yasamala icra başçısı təyin edəcək”.

Sabiq icra başçısı hazırda ailəsi ilə bərabər istirahət etdiyini deyib: “Hazırda mən istirahət edirəm”. 

Xatırladaq ki, İbrahim Mehdiyev Azərbaycan Prezidentinin 1 iyul 2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.