XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 18:20

“Kopenhagen”in “Qarabağ”a qarşı şikayətinə baxıldı –UEFA futbolçumuzu haqlı saydı

UEFA Danimarkanın "Kopenhagen" klubunun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar şikayət məktubuna cavab verib. 

Bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.

Avropa futbol qurumu "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurması ilə bağlı iddialarını əsassız sayıb. Belə ki, müdafiəçinin rəqibinə dirsək zərbəsi vurduğunu düşünən kopenhagenlilərin müraciətinə "yox” cavabı verilib.

Bu isə o deməkdi ki, Maksim cavab oyununda da iştirak edə biləcək.

Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı avqustun 23-də Danimarka paytaxtında keçiriləcək.

Apasport.az