XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 19:10

“Rus turistlərin Türkiyədən təxliyə edilməsinə ehtiyac yoxdur” –Mariya Zaxarova

"Rus turistlərin hazırda Türkiyədən təxliyə edilməsinə ehtiyac yoxdur".

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova koksaki virusu ilə bağlı açıqlamasında deyib.

XİN rəsmisi bildirib ki, 14 avqust tarixində 14 Rusiya vətəndaşında sözügedən virusun əlamətləri aşkar edilib:

“Simptomların 10 yaşından aşağı uşaqlarda olduğu müəyyən edilib. Türkiyədəki səfirliyimiz ölkənin səhiyyə ocaqları ilə daim əlaqədədir”.

Qeyd edək ki, mətbuatda Antalya sahillərində ölümcül koksaki virusunun aşkar edilməsi ilə bağlı məlumatlar yayılmışdı.