XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 13:42

Türkiyə prezidenti Azərbaycana səfərə gələcək –Tarix bəlli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-11 sentyabr tarixlərində Azərbaycana səfərə gələcək.

Strateq.az bildirir ki, bu barədə Türkiyənin “Hüriyyet” qəzeti məlumat yayıb. Türkiyə prezidentinin səfər qrafikini işıqlandıran qəzet yazıb ki, avqustun 21-də Ərdoğan İordaniya kralı 2-ci Abdullanın dəvəti ilə bu ölkəyə gedəcək.

Bundan başqa Ərdoğan 8-10 sentyabrda Qazaxstanda səfərdə olacaq. 19-25 sentyabr tarixlərində isə BMT-nin Baş Məclisinin işində iştirak etmək üçün ABŞ-a gedəcək.