XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 22:06

Bakıda görünməmiş hadisə –Sərnişin avtobus sürücüsünə tapança tuşladı – VİDEO


  Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar).

Lakin bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxır. Aşağıda təqdim etdiyimiz videoda görmək olar ki, “potensial sərnişin” avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyir. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının “ən yaxşı ənənələr”inə uyğun olaraq tapança çıxarmaqla cavab verir.

Qeyd olunan hadisə avqustun 16-da saat 23:00-da Bakının 9-cu mikrorayonunda, Adil Əliyev küçəsində baş verib.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat İdarəsindən məlumat veriblər. Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmur və bu qorxmazlığı əslində daşıdığı insanları xilas edir.

Virtualaz.org-un redaksiyası ümid edir ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, Nəqliyyat Nazirliyi isə bundan nəticəı çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.