“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışlarına bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, Dövlət Sərhəd Xidmətinin (DSX) isə 5 gəmisi başlayıb.
Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri, 1 təyyarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) 9 helikopteri bu gün səhər saatlarından axtarışları davam etdirir.
Axtarışlar hələlik heç bir nəticə verməyib.