Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müxtəlif ölkələrin, o cümlədən Türkiyə, Qazaxıstan, Litva, Fransa, çexiya, Küveyt, Ruminıya, Niderland Krallığı, Macarıstan, Finlandiya, Qətər, Portuqaliya və Monteneqronun Xarici İşlər nazirləri tərəfindən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova başsağlığı məktubları ünvanlanıb.
Məktublarda “Günəşli” yatağında baş vermiş şiddətli yanğın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verilir və zərərçəkmişlərin ailələrinə səbir dilənir.