XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 10:23

İsrailin baş naziri Rusiyaya səfər edəcək –Putinlə görüş olacaq

İsrailin Baş naziri Benyamin Netenyahu avqustun 23-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

TASS informasiya agentliyi xəbər verir ki, görüşdə Yaxın Şərqdəki vəziyyətin müzakirə olunması gözlənilir.

Qeyd edək ki, son iki il ərzində Netanyahu və Putin dəfələrlə görüşərək Suriyada İsrail və Rusiya hərbi-hava qüvvələrinin ola biləcək toqquşmasının qarşısının alınması barədə danışıqlar aparıblar və bu günədək bu, uğurlu alınıb.