XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2017 - 12:49

Şahdağ Milli Parkında yanğın –Nazirlikdən açıqlama

Bu gün saat 08-45 radələrində Şahdağ Milli Parkının Qəbələ rayonu ərazisində, rayonun Tikanlı kəndi ilə həmsərhəd hissəsində yanğın hadisəsi baş verib.  

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə ETSN və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub:

"Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Alov təxminən 1 hektar kolluq ərazini əhatə edir".

Məlumatda qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində tədbirlər dəvam etdirilir.

***

Son məumata görə, artıq yanğın söndürülüb.