XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 14:28

Xəzəryanı dövlətlərin liman rəhbərləri görüşəcək –Türkmənistanda

Xəzəryanı 5 dövlətin dəniz limanlarının rəhbərlərinin növbəti iclası 13-14 oktyabr tarixlərində Türkmənistanın Avaz turist zonasında keçiriləcək.

Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndələrinin görüşündə gəmiçilik, dəniz yüklərinin daşınması, dəniz səfərlərində təhlükəsizliyin təmin edilməsi, Xəzər limanlarının potensialının artırılması, infrastrukturun modernləşdirilməsi, gəmilərə texniki xidmətin müasirləşdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Xəzəryanı dövlətlərin limanlarının rəhbərlərinin görüşü 2009-cu ildən başlayaraq hər il Xəzər limanlarının birində keçirilir. Bundan öncəki VII iclas İranın Əmirabad limanında keçirilib.

APA