XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 16:05

“Yol polisinin fəaliyyətinə müdaxilə etmək, yol polisindən xahiş etmək olmaz” –Polkovnik

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, əvvəllər sürücülər spirtli içkinin təsiri altında sükan arxasında olarkən “dosta zəng” imkanlarına arxalanıb avtomobil sürürdüsə, indi belə fakt mümkün deyil: 

“Bu gün “Yol hərəkəti haqqında” qanunun tələbini bilərəkdən və bilməyərəkdən pozulması inzibati xəta hesab edirlir və bu xətanı törədən kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilir”.

Əsədovun sözlərinə görə, ilin əvvəlindən bu günə 8000-ə yaxın sərxoş sürücü saxlanılıb: “Bu o deməkdir ki, artıq heç kim heç kəsə arxalana bilməz. Artıq yol polisinin fəaliyyətinə müdaxilə etmək, yol polisindən xahiş etmək olmaz. Hər kəs öz törətdiyi xətaya görə cavab verir və verəcək. Bu gün kimsə avtoxuliqanı, sərxoş sürücünü, polisə müqavimət edəni xahiş edə bilərmi? İnanmıram”.

sputnik.az