XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 17:11

FHN-dən açıqlama:"Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib"

Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 15:40-da başa çatıb.