XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2015 - 10:51

Elton Quliyev torpağa tapşırıldı – Foto

Xəbər verdiyimiz kimi, bu gün ölkəmizin tanınmış hüquqşünaslarından olan, vəkil Elton Quliyev 60 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Mərhumla vidalaşma mərasimi Təzəpir məscidində keçirilib. Elton Quliyevin çoxsaylı dostları, ölkənin tanınmış ictimai-siyasi xadimləri onun hüzr mərasimində iştirak ediblər, daha sonra mərhumu son mənzilə yola salıblar.
 
Musavat.com reportyorunun verdiyi məlumata görə, dəfn qafiləsi E.Quliyevin torpağa tapşırılacağı Yasamal məzarlığına yola düşüb. Mərhum vəkil burada, ailə məzarlığında torpağa tapşırılıb.
 
Allah rəhmət eləsin!