XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 19:20

Latviyada KQB-nin gizli tuneli tapıldı –FOTO

Latviyanın paytaxtı Riqa şəhərində Stabu küçəsində fəhlələr tunel aşkarlayıblar.

Virtualaz.org xəbər verir ki, bu barədə Riqanın meri Nil Uşakov deyib. Onun sözlərinə görə, tunel 1991-ci ilə qədər SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin Latviya idarəsinin yerləşdiyi binaya aparır.

Qeyd olunur ki, tunel dar və qurudur. Onun içərisində elektrik işıqlandırma nəzərdə tutulub.

Abidələrin qorunması müfəttişliyinin əməkdaşı Yanis Asaris hesab edir ki, bu tunel ekstremal hallarda KQB-nin binasını tərk etmək üçün nəzərdə tutulubmuş.

Riqa meri tuneli beton tökərək ləğv etmək göstərişi verib.