XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 22:59

Sarkisyan 18 nəfərin ölümünə səbəb olan cinayətkarı əfv edəcək –Dekabrda

Ermənistan prezidenti amnistiya fərmanı ilə Rusiyada 18 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzasını törətmiş Qraç Arutunyanı əfv etmək niyyətindədir.

Bu barədə hazırda həbs cəzası çəkən Arutunyanın yaxınları bildiriblər.

Onların sözlərinə görə, Arutunyan ilin sonunda azadlığa çıxacaq.

"Komissiyada mənə bildirdilər ki, Arutunyan dekabrın sonunda əfv ediləcək", – deyə müttəhimin qaynatası Viktor Martirosyan bildirib.

Bundan əvvəl isə Arutunyan əfv edilməsi üçün prezident Serj Sarkisyana müraciət edib. Xatırladaq ki, o, idarə etdiyi "KaMAZ" markalı avtomobillə 2013-cü ildə Rusiyada, Podolsk yaxınlığında ağır qəza törədib. Hadisə nəticəsində 18 nəfər ölüb, 60-dan çox insan müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Arutunyan bu cinayətinə görə 2014-cü ildə Rusiya Məhkəməsinin qərarı ilə 6 il 9 ay azadlıqdan məhrum edilib. O, 2017-ci il, iyulun sonlarında cəzasının qalan hissəsini çəkmək üçün Ermənistana ekstradisiya edilib. Avqustun 18-də Yerevan Məhkəməsi Arutunyanın işi ilə bağlı hökmü qüvvədə saxlayıb.

Lakin Ermənistan rəhbərliyi ağır cinayət törətmiş cinayətkarı ölkəyə ekstradisiya edildikdən sonra qısa müddətdə azadlığa buraxmaq niyyətindədir. 

Report