XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 10:51

Baş prokuror Zakir Qaralov vətəndaşları qəbul edəcək –Qaxda

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov Qax rayonunda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, qəbul avqustun 25-də saat 10:00-da Qax rayon prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbulda Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.