XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 16:37

Kəmaləddin Heydərov Sabirabadda vətəndaşları qəbul edəcək –Məcburi köçkünlər iştirak edə bilər

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 25-də saat 11.00-da Sabirabadda, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 24 avqust 2017-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.