XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 18:43

Rostovda fövqəladə vəziyyət elan olunub –25 ev yanır, qaz xətlərində partlayışlar başlanıb


Rusiyanın Rostov şəhərində baş vermiş böyük yanğınla əlaqədar fövqəladə vəziyyət elan olunub.

“RİA Novosti"-nin  verdiyi xəbərə görə, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, yanğın şəhərin Nijeqorod küçəsində başlayıb, sonra digər evlərə keçib. Hazırda 25 ev yanır. Bəzi evlərdə qaz xətlərində partlayışlar baş verib. İlkin məlumata əsəsən, 3 nəfər yanğın xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Yanğın zonasındakı 6 məhəlləyə qaz və elektrik verilişi dayandırılıb. Hadisə yerində 437 nəfər və 212 texnika işləyir. 560 nəfər evakuasiya edilib. Yanğının qarşısını almaq hələlik mümkün olmayıb. Alov 10 min kvadrat metr ərazini əhatə edir. Yanğının söndürülməsi üçün əraziyə hərbi aviasiyanın təyyarə və helikopterləri də cəlb olunub.