XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 10:35

Nazirlik bələdiyyə sədrinə göstəriş verdi –Növbəti reyd keçirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Şəki, Qax, Balakən, Zaqatala) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Strateq.az ETSN-nə istinadən xəbər verir ki, reyd zamanı Şəki rayonu “Qumux dərəsi” adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkar edilib.

Araşdırma zamanı sözügedən ərazinin Baş Layıski bələdiyyəsinin mülkiyyətinə aid olduğu və əraziyə istifadə müddəti sona çatmış 4 m3 həcmində müxtəlif adda iynə və dərman peraparatlarından ibarət tibbi tullantıların atıldığı məlum olub. Əraziyə Şəki rayonu Gigiyena Epidemiologiya Mərkəzinin, rayon Polis Şöbəsinin, Baş Layıski Bələdiyyəsinin və Baş Layıski İnzibati Ərazi Dairəsinin nümayəndələri dəvət edilib.

Faktla bağlı akt tərtib olunub və ərazinin tullantılardan təmizlənməsi  üçün Baş Layıski Bələdiyyəsinin sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Araşdırma müddətində təhlükəli tullantıları atan təqsirkar şəxslərin müəyyənləşdirilməsi mümkün olmayıb. Qanun pozucuları barəsində qanuna müvafiq qaydada tədbir görülməsini təmin etmək məqsədilə təqsirkarların tapılması üçün Şəki rayon Polis Şöbəsinə müraciət edilib.