XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 15:16

Zakir Həsənov Türkiyəyə getdi – Sabah 3 ölkənin nazirləri bir araya gələcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin sabah keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbul şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.