XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 17:12

FHN-dən Neftçilər prospektindəki yanğınla bağlı –Açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Neftçilər prospektində geyim mağazasında baş verən yanğınla bağlı məlumat yayıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Məlumatda deyilir ki, Səbail rayonunda ümumi sahəsi 150 kvadratmetr olan mağazanın geyinib soyunma otağının taxtadan ibarət arakəsmə divarı və asma tavanı 30 kvadratmetr sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.