XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 10:23

“Qarabağ” tarixi oyuna çıxır- Bu gün

Bu gün “Qarabağ” futbol klubu tarixi oyuna çıxır.

Trend-in məlumatına görə, UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Danimarkanın Kopenhagen şəhərindəki “Parken” stadionunda təmsilçimiz “Qarabağ” “Kopenhagen” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı ispaniyalı hakimlər idarə edəcək:

Baş hakim: Alberto Undiano Malyenko
Baş hakimin köməkçiləri: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilya
Əlavə köməkçi hakimlər: Alexandro Hernandes, Xose Maria Sançes Martines

Xatırladaq ki, bu komandalar arasında avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyun 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə yekunlaşmışdı.