XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 16:17

Nazirlik:"Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər də artıb"

Hazırda Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz yuxarıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00 da bu göstərici 32 faiz təşkil edirdi.