XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 11:10

Bakı-Sumqayıt qatarı ilə bağlı yeni xəbər

Bakı-Sumqayıt-Bakı istiqamətində “Stadler Rail Group” şirkətinin daha iki elektrik qatarı hərəkət edəcək.

Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə iki yeni elektrik qatarının alınması üçün nümayəndə heyəti Minskdə səfərdədir və qatarların biri artıq yoldadır.

Digər qatarın ya dekabr, ya da gələn ilin yanvar ayında Bakıda olacağını bildirən QSC sədri qatarlar gələndən sonra Bakı-Sumqayıt marşrutu üzrə reyslərin sayının artacağını söyləyib.