İstanbulda Anadolu Məhkəməsinin binasının dəhlizində iki qrup aralarında yaranmış mübahisəyə görə həyətə çıxıblar.
Yoldan keçən avtomobildən mübahisə edən qruplara açılan atəş nəticəsində 2 nəfər yaralanıb.
Onlardan birinin vəziyyəti ağırdır.
Avtomobildə üç şübhəlinin olduğu və onların hadisə yerindən qaçdıqları bildirilir.
Onların tutulması istiqamətində axtarış-əməliyyat tədbiri keçirilir/Report.