XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 14:47

ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik etdi:“Bu, böyük nailiyyətdir!"

ABŞ-ın Azərbaycandakı səfirliyi "Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.

Bu barədə səfirliyin "facebook” səhifəsində yer alan açıqlamada deyilir. 

"Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi "Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır”, – deyə açıqlamada bildirilir.

Xatırladaq ki, "Qarabağ” ötən gün Danimarkanın "Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb.

APA