XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 18:20

“Aprel döyüşlərindən sonra komandada əlavə bir ruh yarandı” –Qurban Qurbanov

"Aprel döyüşlərindən sonra komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz, futbolçularımız bir daha Qarabağı daha yaxından tanıdılar. Bizim dövlətimizin mərdliyini onlar gördü, baş verənlər bizə böyük motivasiya oldu".

Bu sözləri prezident İlham Əliyevlə görüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi builki uğurları da aprel döyüşləri ilə bağlayıb: "Həmin döyüşlər builki uğurlarımızda da çox böyük addım oldu. Əsgərlərimiz  bizləri qoruyursa, bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, bunu ləyaqətlə yerinə yetirək".

Qurbanov prezidentə diqqətinə görə təşəkkür edib: "Çox şadam ki, futbola bu cür diqqət göstərirsiz, istəyirsiz ki, futbolumuz daha da inkişaf etsin".

"Qafqazinfo"