XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 15:32

“Neftçi”-AZAL oyunu başa çatdı

Dekabrın 17-də Topaz Premyer Liqasının XVII turuna Bakıda yekun vurulub.

Azərtac xəbər verir ki, günün son qarşılaşmasında “Neftçi” “Bakcell Arena”da AZAL-ı qəbul edib. Əsgər Abdullayevin baş məşqçi təyinatından sonra məğlubiyyət görməyən “Neftçi” son üç turdu uduzmayan AZAL-dan zəif olub – 0:1.

AZAL cari mövsümdə səfərdə ilk qələbəsinə sevinib. “Flaqman” isə bu oyunda xal itirməklə hazırda qərarlaşdığı 5-ci pilləni də əldən verib. Belə ki, Ruslan Nəsirli 29-cu dəqiqədə AZAL-ın qalibiyyət qolunu vurub.

Beləliklə, xalını 19-a yüksəldən Tərlan Əhmədovun komandası yeddinci pilləyə qalxıb. Əvəzində, xalını artıra bilməyən “Neftçi” beşinci pillədən altıya yuvarlanıb.