XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 23:20

Qurban Qurbanovdan püşkə ilk münasibət:"Hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir"

"Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında düşdükləri "C" qrupundakı rəqibləri dəyərləndirərkən deyib.

45 yaşlı mütəxəssis bildirib ki, rəqiblər ən güclü çempionatların təmsilçiləridir: "Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanın "Roma" klublarına rəqib olub.

Report