XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 10:53

Qurban Qurbanov qrupdakı rəqiblərindən danışdı:"Ən güclü çempionatların təmsilçiləridir"

Hər üç rəqibimiz “TOP-5” ölkələrinin təmsilçiləridir. Bu turnir azarkeşlər və bizim üçün bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir.

Azərtac xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri haqqında danışarkən deyib.

Baş məşqçi bildirib ki, qrupdakı rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələni etməyə çalışacağıq.

Qeyd edək ki, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının “C” qrupunda İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko Madrid” və İtaliyanın “Roma” klubları ilə mübarizə aparacaq.