Bu ilin yanvar-iyul aylarında İstanbula səyahət edən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 115.010-a çatıb. Ötən il bu göstərici 103.693 olub.
Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İstanbul Mədəniyyət və Turizm İdarəsi İstanbula ən çox turist göndərən 100 ölkənin siyahısını açıqlayıb.
İstanbulu ən çox ziyarət edən turistlər arasında Azərbaycan 13-cü sırada qərarlaşıb. İlk beşlikdə Almaniya, İran, Səudiyyə Ərəbistanı, İraq və Rusiya yer alıb.