XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 13:22

Ukrayna Prezidenti azərbaycanlı heykəltəraşı mükafatlandırdı- FOTO

Ukrayna Prezidenti Petro Poroşenko azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovu mükafatlandırıb.

Trend-in məlumatına görə, Ukraynanın dövlət quruculuğu, sosial, elm və texnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə dövlət başçısı tərəfindən mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş S.Qurbanov da var. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.

Qeyd edək ki, S.Qurbanov Ukraynanın xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır.