XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 13:34

UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub- Oyunların nəticələri

UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Azərtac xəbər verir ki, avqustun 24-də cavab oyunları çərçivəsində 22 qarşılaşma keçirilib. Oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

AEK (Kipr) – “Viktoriya Plzen” (Çexiya) – 0:0 (ilk oyunun nəticəsi – 1:3).

“Dinamo Kiyev” (Ukrayna) – “Maritimo” (Portuqaliya) – 3:1 (0:0).

“Zenit” (Rusiya) – “Utrext” (Hollandiya) – 2:0 (0:1).

“Ostersunds” (İsveç) – PAOK (Yunanıstan) – 2:0 (1:3).

“Şerif” (Moldova) – “Legiya” (Polşa) – 0:0 (1:1).

“Oleksandriya” (Ukrayna) – BATE (Belarus) – 1:2 (1:1).

“Zalsburq” (Avstriya) – “Vittorul (Rumıniya) – 4:0 (3:1).

“Makkabi” (Təl-Əviv, İsrail) – “Altax” (Avstriya) – 2:2 (1:0).

“Fənərbaxça” (Türkiyə) – “Vardar” (Makedoniya) – 1:2 (0:2).

“Suduva” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) – 0:0 (0:2).

“Skenderbeu” (Albaniya) – “Dinamo Zaqreb” (Xorvatiya) – 0:0 (1:1).

“Midtyulland” (Danimarka) – “Apollon” (Kipr) – 1:1 (2:3).

AEK (Yunanıstan) – “Brügge” (Belçika) – 3:0 (0:0).

“Videoton” (Macarıstan) – “Partizan” (Serbiya) – 0:4 (0:0).

“Braqa” (Portuqaliya) – “Hafnarfyordur” (İslandiya) – 3:2 (2:1).

“Marsel” (Fransa) – “Domjale” (Sloveniya) – 3:0 (1:1).

“Atletik Bilbao” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 1:0 (3:2).

“Rusenborq” (Norveç) – “Ayaks” (Hollandiya) – 3:2 (1:0).

“Şkendiya” (Makedoniya) – “Milan” (İtaliya) – 0:0 (0:6).

“Hayduk” (Xorvatiya) – “Everton (İngiltərə) – 1:1 (0:2).

“Srvena Zvezda” (Serbiya) – “Krasnodar” (Rusiya) – 2:1 (2:3).

“Austriya” (Avstriya) – “Osiyek” (Xorvatiya) – 0:1 (2:1).