XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 16:58

“Facebook”dan yenilik- Reallıq eynəyi hazırlayır

“Facebook” şirkəti virtual obyektləri real dünyaya daşıya biləcək əlavə reallıq üçün yeni patentləşdirilmiş eynək hazırlayır. Eynək inteqrasiya edilmiş ikiölçülü skannerli ekranla təchiz edilib. “Oculus Rift” qarniturlarından fərqli olaraq yeni tətbiq istifadəçiyə virtual obyektləri görməyə və real dünyada onlarla qarşılıqlı əlaqədə olmağa imkan verir.

Azərtac popmech.ru saytına istinadla xəbər verir ki, qurğunun konstruksiyası haqqında hələlik az məlumat verilsə də, bu daşınan qadjetin adi eynəyi xatırladacağı məlumdur. Bununla yanaşı, “ağıllı” eynək ekran vasitəsilə istifadəçinin gözlərinə insanın gördüyü hər şeyi təsvir edə bilən işıq proyeksiya etmək imkanına malik olacaq. Onlar daha yüksək nəticə əldə etmək üçün qulaqlıqlar və ya oyun konsolları ilə birlikdə istifadə oluna bilər.

Qeyd edək ki, cari ildə “Facebook” “Oculus Rift”in istifadə olunduğu “Spaces” virtual sosial şəbəkəsini istifadəyə verib.