XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 17:48

86 vakant vəzifənin tutulması üçün müsahibə elan edilib- Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 25-dən beş dövlət orqanında 86 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

DİM-dən Azərtac-a bildiriblər ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 85-i mərkəzi icra hakimiyyəti orqanlarının (Kənd Təsərrüfati Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə məhkəmə orqanlarının (Gəncə Apellyasiya Məhkəməsi) aparatındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini avqustun 25-dən sentyabrın 14-nə kimi saat 18:00‑dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

Ümumi müsahibəyə dair ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında “İnzibati vəzifələrin tutulması üzrə ümumi müsahibə elanları” bölməsində verilib.