XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 20:07

Türkiyədə bakalavr təhsili alacaq Azərbaycan vətəndaşlarının nəzərinə!- Səfirlikdən açıqlama

Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi bu ölkədə ilk dəfə bakalavr dərəcəsi üzrə ali təhsil alacaq Azərbaycan vətəndaşlarına müraciət edib.
 
Təhsil Müşavirliyindən APA-ya verilən xəbərə görə, vətəndaşlar Türkiyəyə gələrkən attestatlarını "Apostil" möhürü ilə leqallaşdırmağı unutmamalıdır:
 
“Apostil” Azərbaycan ərazisində verilmiş və Konvensiyanın (“Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”) iştirakçısı olan dövlətlərdən birinin ərazisində təqdim olunması nəzərdə tutulan rəsmi sənədlərə verilir.