XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2015 - 08:11

Milli Məclisin növbəti iclası – başlandı

meclis yeni.jpg

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 40 məsələnin müzakirəsi daxil edilib.

İclasda müzakirə olunacaq məsələlərin bir neçəsi hökumətlərarası sazişlərin və müəyyən sənədlərin təsdiqi ilə bağlıdır.

Eyni zamanda iclasda “Notariat haqqında”, “Sərhəd qoşunları haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara, Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq.

Bundan başqa, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsi və “Kənd təsərrüfatı koorperasiyası haqqında” qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Həmçinin “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda və “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi nəzərdə tutulur.