XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 14:12

Prezident İlham Əliyev  Moldovanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İqor Dodona təbrik məktubu göndərib.

Dövlət başçısı məktubda Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Azərbaycan Prezidenti moldovalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Moldova xalqına sülh və rifah diləyib.