XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 21:00

FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin ilk heyəti Gürcüstandan vətənə qayıdıb

Xəbər verdiyimiz kimi, avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə-xilasetmə dəstəsi ona həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarını söndürüb və qarşıya qoyulan tapşırıqları operativ şəkildə layiqincə yerinə yetiriblər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 26-da Gürcüstanın Borjomi-Xaraqulsk qorugunda baş vermiş meşə yanğınların söndürülməsində iştirak etmiş nazirliyin yanğınsöndürmə-xilasetmə dəstəsində təmsil olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin 24 əməkdaşı Azərbaycan Dövlət Sərhəd Xidmətinin iki helikopteri ilə axşam saatlarında geri dönüblər.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-in 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin iki helikopteri və altı nəfər ekipaj heyəti cəlb edilib.