XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 12:47

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, şimal-qərb küləyi mülayim gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə  21-25° isti, gündüz 29-34° isti, Bakıda gecə  21-23° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 756  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz  45-55 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.
 
Avqustun 28-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  32-37° isti, dağlarda gecə 12-17°, gündüz  23-28° isti olacağı gözlənilir.