Gürcüstanın Marneuli rayonunun Şaumyan kəndində meşədə baş vermiş yanğın söndürülüb.
APA-nın yerli bürosu Marneuli bələdiyyəsinə istinadla xəbər verir ki, yanğın nəticəsində 4 hektara yaxın sahə yanıb. Hadisə yerinə Marneuli və Bolnisi rayonlarının yanğınsöndürmə briqadaları, həmçinin Marneuli polis və Milli Meşəçilik Agentliyinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları cəlb olunmuşdu.
Marneuli bələdiyyəsi yerli kənd sakinlərinin yanğının söndürülməsində fəal iştirak etdiyini qeyd edib.